Sitemap

RHCE — EX300 — iSCSI target and initiator configuration

4 min readOct 15, 2018

--

Press enter or click to view image in full size

iSCSI konfiqurasiyası üçün daha öncə hazırladığımız hər 2 VM-i istifadə edəcəyik. VM-lərdən biri target digər isə initiator olacaq. Target adlandırdığımız VM (client1) Server olacaq və storage paylaşacaq. Initiator adlandırdığımız VM (client2) Client olacaq və target VM-dən paylaşdığımız storage bu VM-də mount ediləcək.

Target

Target VM-ə paylaşmaq üçün yeni disk əlavə edək və lvm yaradaq. Bunun üçün VM-i poweroff edərək yeni disk əlavə edib yeni start edin. lsblk əmri ilə əlavə etdiyimiz diskki görək.

VirtualBox
lsblk

Əlavə etdiyimiz diskdən istifadə edərək volume group və bu volume group üzərində 1GB həcmdə logical volume yaradaq.

Press enter or click to view image in full size

rpm -qa | grep targetcli əmri ilə sisteminizdə targetcli paketinin yüklü olub olmadığını yoxlayın. Əgər yoxdursa yum -y install targetcli əmri ilə yükləyin.

VM-i restart etdikdən sonra target servisinin avtomatik işə düşməsi üçün servisi aktivləşdirək.

Press enter or click to view image in full size

Bu əməliyyatlar bitdikdən sonra targetcli əmri ilə iSCSI serverimizin konfiqurasiyasına başlaya bilərik. targetcli kifayət qədər intuitiv interfeysə malikdir.

Press enter or click to view image in full size

İlk edəcəyimiz məqalənin əvvəlində yaratdığımız lvm-i backstores-block kimi yaratmaqdır. Backstores altında daha 3 seçim olduğunu görə bilərsiniz. Bu məqalədə yalnız blok istifadə ediləcək.

Press enter or click to view image in full size
create block1 /dev/vg_iscsi/lv_iscsi write_back=false

Burada write_back=false parametri ilə lokal keşləməni disable edirik. Əgər parametr qeyd edilməzsə default olaraq true alacaq. Bu performansı artırsa da bəzi hallarda məlumat itgisinə səbəb ola bilər. Bu səbəbdən prod sistemlərinizdə write_back=false parametri istifadə etməyiniz məsləhətdir.

Növbəti addımda iscsi bölümü altında IQN (iSCSI Qualified Name) yaratmaq olacaq.

Press enter or click to view image in full size

IQN ilə birlikdə TPG (target portal group) yaranacaq. TPG 3 ayardan ibarətdir.

acls — Acces control list — Bu resursdan istifadə edəcək client-lərin siyahısı

Get Yusif Yusifov’s stories in your inbox

Join Medium for free to get updates from this writer.

luns — logical unit number — share ediləcək backstore-lar

portals — bu resursa bağlanmaq üçün istifadə ediləcək IP və port

Press enter or click to view image in full size

acls bölümündə client tərəfdə ayarlarda qeyd edəcəyimiz iqn-i qeyd edirik. luns bölümündə paylaşacağımız backstore. portals bölümündə isə serverimizə hansı IP və port üzərindən müraciət ediləcəyini göstəririk. Qeyd etdiyimiz port-u firewall-da açmağı unutmuruq. Bununla serverin ən sadə formada ayarını bitmiş saymaq olar. targetcli-dan çıxdıqda daxil etdiyiniz bütün ayarlar /etc/target/saveconfig.json faylına yazılır və ya saveconfig əmri ilə bunu özünüz edə bilərsiniz.

firewall ayarları.

Initiator

Client və ya initiator ayarlarına başlamaq üçün aşağıdakı paket yüklənməlidir.

yum install -y iscsi-initiator-utils

Ardınca /etc/iscsi qovluğunda initiatorname.iscsi faylını dəyişərək orada qeyd edilmiş IQN — i target yəni server-də acls altında daxil etdiyimiz IQA ilə dəyişirik.

Press enter or click to view image in full size

iscsi servisini start edib iscsiadm — i discovery mode-da işlədərək target — də IQN — ləri scan edək.

systemctl start iscsi
iscsiadm --mode discovery --type sendtargets --portal 192.168.56.110

Nəticə aşağıdakı kimi olmalıdır.

Press enter or click to view image in full size

Yuxarıdakı nəticəni aldınızsa iscsiadm əmrini node mode-da çalışdıraraq target-ə yəni iscsi serverə bağlanın. Bağlantı uğurlu olarsa lsblk ilə target — də paylaşdığınız diski görə biləcəksiniz.

Press enter or click to view image in full size

Bununla da iscsi konfiqurasiyası bitmiş sayıla bilər. Əlavə etdiyiniz diskdə file system yaradaraq mount edə bilərsiniz.

Press enter or click to view image in full size

mount etdiyiniz file sistemin restart-dan sonra avtomatik mount olmağını istəyirsinizsə /etc/fstab faylında buna uyğun sətrlər əlavə edilməlidir. Diqqət edəcəyiniz məqam iscsi diskləri /etc/fstab faylına əlavə edərlən _netdev mount parametrini istifadə etmənizdir. Disklər şəbəkə üzərindən mount edildiyinə görə, restart zamanı target server-lə əlaqə yaranmadan öncə disklər mount olmağa çalışarsa əməliyyat sistemi həmin nöqtədə gözləməyə başlayacaq, _netdev parametri isə disklərin mount olmasını gecikdirərək bunun qarşısını alır.

Press enter or click to view image in full size

--

--

Yusif Yusifov
Yusif Yusifov

Written by Yusif Yusifov

DBA, SAP Basis Administrator, Linux enthusiast.